3 C
Baku
Saturday, December 14, 2024

15 min manatdan baha olan daşınar əmlak nağdsız qaydada alınacaq

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni – 3.4.16-cı maddədə qeyd edilib.

Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər