27 C
Baku
Saturday, July 27, 2024

15 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

28 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Bərəkət” market Xaçmaz rayonu, Xudat yolu 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2 Zahidov Kazım Əhməd oğluna məxsus mağaza Qəbələ rayonu, Həmzəli kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3 Hüseynov Ceyhun Aqil oğluna məxsus mağaza Qəbələ rayonu, Həmzəli kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4 Mustafayev Fərman Mustafa oğluna məxsus mağaza Qəbələ rayonu, Həmzəli kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
5 “Çinaraltı” market Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

6 “Ata” market Şəmkir şəhəri, Nəsimi küçəsi, ev 2 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 Abbasov Elşad Nadir oğluna məxsus mağaza Şəmkir şəhəri, M.Əhmədov küç., ev 71 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
8 Yusifov Babək Yusif oğluna məxsus                                     dönər evi Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9  “Milli Süfrə” restoranı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10  “Fantaziya” restoranı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11  “Alov” restoranı Göygöl rayonu, Qızılqaya qəsəbəsi 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Altay” kafesi Goranboy rayonu, İrəvanlı kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Osan” kafesi Goranboy rayonu, Qızılhacılı qəsəbəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14  “Şahin” kafesi Goranboy rayonu, Goranboy şəhəri, S.Civəzadə küçəsi 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Ay Ulduz” kafesi Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 6 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər