28 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Bərəkət” market | Xaçmaz rayonu, Xudat yolu | 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
2 | Zahidov Kazım Əhməd oğluna məxsus mağaza | Qəbələ rayonu, Həmzəli kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 | Hüseynov Ceyhun Aqil oğluna məxsus mağaza | Qəbələ rayonu, Həmzəli kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | Mustafayev Fərman Mustafa oğluna məxsus mağaza | Qəbələ rayonu, Həmzəli kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 | “Çinaraltı” market | Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 | “Ata” market | Şəmkir şəhəri, Nəsimi küçəsi, ev 2 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | Abbasov Elşad Nadir oğluna məxsus mağaza | Şəmkir şəhəri, M.Əhmədov küç., ev 71 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
8 | Yusifov Babək Yusif oğluna məxsus dönər evi | Xaçmaz şəhəri, N.Nərimanov küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 | “Milli Süfrə” restoranı | Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 | “Fantaziya” restoranı | Gəncə şəhəri, Ş.İ.Xətai prospekti | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “Alov” restoranı | Göygöl rayonu, Qızılqaya qəsəbəsi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
12 | “Altay” kafesi | Goranboy rayonu, İrəvanlı kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | “Osan” kafesi | Goranboy rayonu, Qızılhacılı qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 | “Şahin” kafesi | Goranboy rayonu, Goranboy şəhəri, S.Civəzadə küçəsi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Ay Ulduz” kafesi | Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 6 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |