“15 yaşı tamam olmamış vətəndaşın fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minməsi uzadılıb

0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

“Report” Agentliyi xəbər verir ki, layihədə qanunun qüvvəyə minmə vaxtının uzadılması təklifi əksini tapıb. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.

Yəni qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.