15 yaşı tamam olmayanlardan şəxsiyyət vəsiqəsi alan zaman əl-barmaq izləri götürülməyəcək

0

Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izləri götürməyəcək.

Bununla bağlı “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklik edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişiklik şəxsiyyət vəsiqəsi alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatdan keçirilməsini nəzərdə tutur.

Eyni zamanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi istisna edilir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.