2022-ci ilin yanvar-may aylarında 147.1 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.
Nazirlikdən verilən məlumata görə, indiyədək 61.4 mini pensiya, qalanı müavinət və təqaüd olan 415.4 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-sistem üzərindən avtomatik həyata keçirilib.