Sahibkarlığın İnkişafı Fondu tərəfindən 76 layihənin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə 2 milyon 165 min 978 manat vəsait sərf olunmuşdur.
Banker.az xəbər verir ki, bu barədə Naxçıvan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Belə ki, Həmin vəsaitdən kənd təsərrüfatı təyinatlı 68 layihənin maliyyələşdirilməsinə 2 milyon 23 min 978 manat, sənaye yönümlü 3 layihənin maliyyələşdirilməsinə 115 min, xidmət sahələrinin inkişafı məqsədilə 1 layihənin maliyyələşdirilməsinə 27 min manat yönəldilmişdir.
Ümumilikdə, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə bu günə qədər 1584 layihənin maliyyələşdirilməsinə 170 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir.