21 C
Baku
Saturday, November 2, 2024
Home İqtisadiyyat Nəqliyyat Riqalılar RAF markasını dirçəldirlər

Riqalılar RAF markasını dirçəldirlər

0
Riqalılar RAF markasını dirçəldirlər

RAF markasından olan mikroavtobuslar Sovet İttifaqında yaşayanların yaxşı yadındadır. Bu mikroavtobuslar vaxtı ilə Bakı küçələrində də şütüyərək sərnişin daşınması ilə məşğul olublar. RAF mikroavtobuslarının ən geniş tətbiq edildiyi sahə isə təcili yardım xidməti olub.

Sovet İttifaqının əhəmiyyətli müsssisələrindən biri olan Rigas Autobusu Fabrika (“Riqa avtobus fabrikası”) 1998-ci ildə iflas olaraq tarixin arxivlərinə silinmişdir. Bu günlərdə Rusiyanın “Avtorevyü” dərgisi latviyalıların RAF markasını yenidən dirçəlmək planlarının olduğu bildirib.  Belə ki, bu ilin avqust ayında SIA Rigas Autobusu Fabrikas, RAF adlı yeni hüquqi şəxs qeydə alınıb.

Sıfırdan yaradılan şirkət hazırda tərəfdaş və malgöndərənlərlə danışıqlar prosesini həyata keçirir. Yeni RAF şirkəti avtomobil qoşqularının, mikroavtobus və şəhər nəqliyyatı üçün elektriklə çalışan nəqliyyat vasitələsini buraxmağı planlaşdırır. Yeri gəlmişkən, ilk zamanlarda məhz avtoqoşquların istehsalına üstünlük veriləcəkdir. Qoşqulardan daxil olan vəsait isə avtobusların hazırlanmasına təkan verməlidir.

71197 src

Eksperimental RAF-2204 elektrik mikroavtobusu (1976-cı il)

Hazırda mühəndislər 20-24 yerli aşağı döşəməli kiçik ölçülü elektrik avtobuslarının yaradılması üzərində çalışırlar. İlkin olaraq, bu avtobusla eyni platformada olan trolleybusun hazırlanması da nəzərdə tutulsa da, mühəndislər hibrid texnologiyasına üstünlük veriblər – yəni, gərək olduqda elektrobus trolleybus xəttinə də qoşula biləcəkdir. Riqalılar belə konstruksiyanın daha uğurlu olacağından əmindirlər.

Avropa şəhərlərinin əksəriyyətinin DYM nəqliyyat vasitələrindən imtina etdiyi bir vaxta elektrobuslara böyük tələbat olmalıdır. Üstəlik, elektrobusların trolleybus xəttinə qoşulması da bu layihənin əsas üstünlüklərindən biridir.

71199 src