Banker.az saytının verdiyi məlumata görə, İsveçrə sakini ölkənin cənub-qərbində yerləşən bir əyalətdə təşkil edilən hərracdan 158 min dollara (160 min frank) avtomobil nömrəsi əldə edib.
Verilən məlumatlara görə, bu İsveçrədə nə vaxtsa nəqliyyat vasitəsinin qeydiyyat nömrəsinə ödənilən ən yüksək məbləğdir. Sözügedən bu nömrə 15 fevral tarixində hərraca çıxarılmışdı və üzərindən 1 ay keçdikdən sonra öz alıcısını tapmış oldu.
Bu avtomobil nömrəsi VS 1 şəklindədir. Burada VS – Valais regionunu təmsil edir. Bununla belə, nömrə 1 rəqəminə görə unikal hesab edilir. Qeyd edək ki, bu nömrə uğrunda hərracda 17 nəfər mübarizə aparıb.
Alıcının adı və cinsi bu nömrə ilə hər hansı avtomobil qeydiyyata alındıqdan sonra məlum olacaq.
Bundan daha öncəki rekord isə SG 1 avtomobil nömrəsinə 133 min dollar (135 min frank) ödəmiş digər bir isveçrəliyə məxsus idi.