İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası fevralın 25-də Çinin Pekin şəhərinə təşkil ediləcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.
Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətlərinin məhsulların ixracına dair müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə Dəyirmi Masa və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq.
İxrac missiyası 1 mart tarixinədək davam edəcək.