26 C
Baku
Saturday, July 27, 2024

16 dil bilən insandan 10 məsləhət

Kato Lomb kimyaçı təhsili almasına baxmayaraq, dünyada ilk sinxron tərcüməçilərdən biri olub və sürətli şəkildə 8 dilə tərcümə etməyi bacarıb, ümumilikdə isə o 16 dildə anlayır və bu dillərlə işləməyi bacarırdı. Hələ nəzərə alın ki, onun dövründə dilin daşıyıcılarının səsi yazılmış audio disklər, skype, nə də dil məktəbləri yox idi… Bəs onda necə?  

Özünün “Mən dilləri necə öyrənirəm” bestsellerində dil öyrənmək üçün 10 ədəd kifayət qədər sadə qayda formalaşdırıb.

1. Dillə hər gün məşğul olmaq zəruridir! Bu idman zalında olduğu kimidir. – Əgər güclü və nəzərə çarpacaq qədər əzələlər istəyirsinizsə – əzələləri mütəmadi və sistemli məşq etdirin.  Mütaliə və yeni ifadələrin təkrarı üçün ən azı 10-15 dəqiqə vaxt ayırın.

2. Əgər dili öyrənmək həvəsi çox tez zəifləyirsə, onda özünüz üçün şəxsi məşğələlər alqoritmi tərtib edin. Məsələn bir az məşğul olun, sonra bir az musiqi dinləyin və sonra bir az gəzintiyə çıxın.

3. Kontekst (məzmun) çox vacibdir. Heç vaxt sözləri ayrılıqda öyrənməyin, yalnız kontekstdə. Məsələn, əgər siz «strong wind» (və ya “brave heart”)  söz birləşməsini yadda saxlamısınızsa, sözlərdən biri avtomatik olaraq yaddaşda digərini də oyadır.

4. Xüsusi bir faydalı taktika – dərsliklərin kənarında artıq hazır ifadə və söz birləşmələrini yazın, dialoq zamanı onlardan maksimum istifadə edin .

5. Gözünüz önünə keçən hər şeyi beyninizdə tərcümə etməyə çalışın – reklamları, mahnı hissələri, dialoqlar, qəzet başlıqları. Bu yorucu deyil, sadə və faydalıdır.

6. Əzbərdən öyrənmək-faydalı işdir! Amma yalnız o şeyləri əzbərləyə bilərsiniz ki, o 100% düzdür, ya da müəllimlər tərəfindən yoxlanılıb.

7. Dildə mövcud olan, hazırladığınız və istifadə etdiyiniz frazaları həmişə yazarkən və yadda saxlayarkən fel birinci şəxsdə olmalıdır.
Məsələn: «I am only pulling your leg» (Mən sadəcə səni qıcıqlandırıram).

8. Heç bir xarici dili təcridlənmiş şəkildə öyrənmək olmasa, məsələn bu formada – mən sadəcə sakitcə tapşırıqları edəcək və müəllim dediklərinə qulaq asacağam.

Filmlərə baxın, ədəbiyyat və orijinal qəzetlər oxuyun, həmin dilin daşıyıcıları ilə ünsiyyətdə olun, internetdə söhbətlərə qoşulun (yalnız öyrənmək istədiyiniz dildə danışmaq şərti ilə).

9. Səhvlərdən deyil, düzəldilməmiş səhvlərdən qorxun. Heç vaxt, heç nəyi yoxlanılmamış qoymayın.

10. Əmin olun ki, heç nəyə rəğmən dili öyrənəcəksiniz!

Sonda da onu deyək ki, 85 yaşlı Kato Lomb öz 54 yaşlı dostunu görəndə belə bir kiçik nitq söyləyir, bu nitq Stivin həyatında həll edici rol oynayır: “Stiv sən hələ elə cavansan ki, sənin qarşıda hələ uzun illərin var, hələ neçə dil öyrənmək mümkündür!!

Son xəbərlər
Digər xəbərlər