11 C
Baku
Tuesday, November 26, 2024

16 ildən sonra ilk dəfə İsrail aviaşirkəti Türkiyəyə uçub

Son 16 ildə ilk dəfə İsrail aviaşirkətinin reysi cümə axşamı səhər Türkiyəyə uçub.

Bu barədə İsrailin Yedioth Ahronoth portalı məlumat yayıb. Göyərtəsində 165 sərnişin olan “İsrair Airbus” kommersiya təyyarəsi Ben Qurion hava limanından havaya qalxaraq İstanbula istiqamət alıb.

İsrail təyyarəsi zəlzələdə sağ qalanlar üçün tibbi ləvazimat daşıyıb.

Mərasimdə iştirak edən nəqliyyat naziri Miri Regev uçuşların hər iki ölkədə turizmi inkişaf etdirəcəyinə inandığını söyləyib.

Hələlik, İsrair İstanbula uçan yeganə İsrail hava yolu şirkətidir, lakin Arkia və El Al kimi digər İsrail hava yolları da İsraillilər arasında məşhur olan Türkiyənin kurort şəhəri Antalya kimi yerlərdə eniş etməyə hazırlaşır.

Uçuşların bərpası iki ölkə arasında keçən ilin iyulunda o vaxtkı nəqliyyat naziri Merav Mixaelinin saziş imzalaması ilə yekunlaşan gərgin danışıqlardan sonra mümkün olub. Tərəflər təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gəldikdən sonra nəhayət ki, çıxılmaz vəziyyət yaranıb.

İki ölkə arasında yaranan gərginlikdən sonra 2007-ci ilin sonunda iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər