12 C
Baku
Saturday, November 23, 2024

16 maydan etibarən bu icazələr üçün müraciət elektron qaydada olacaq

16 may tarixindən etibarən yeni yaradılmış “Əkin-səpin materiallarına və digər qruplara aid fitosanitar məhsullara idxal karantin icazəsinin verilməsi üçün elektron müraciətin edilməsi Qaydası”na görə sözügedən sahədə müraciətlərin elektron qaydada qəbul olunacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki və bitkiçilik məhsullarının idxalçıları ilə videokonfrans formatında keçirilən görüşdə məlumat verilib.

Qeyd olunub ki, müraciət növünün elektronlaşdırılmasının həmin sahədə bir sıra çətinliklərin aradan qaldırılması, müraciətlərin icrasında tam şəffaflığın və izlənmə mexanizminin formalaşdırılması, Agentlik tərəfindən idxala icazə sənədlərinin verilməsilə əlaqədar vaxt itkisinin qarşısının alınması, gömrük orqanları ilə məlumat mübadiləsinin daha operativ və vaxtında həyata keçirilməsi baxımından zəruridir.

Bildirilib ki, hər hansı çətinliklə rastlaşdıqda  müraciət üçün müvafiq metodiki köməklik göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər