Ötən il 16 qurumda 36.7 milyon manat səmərəsiz xərclərə yol verilib.
Banker.az bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına istinadən xəbər verir.
Uyğunluq auditlərində səmərəsiz istifadə halları aşağıdakı kimi təsnif olunub:
- 1.3 mln. manat – Audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatı
- 9.9 mln. manat – Audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallar
- 8.3 mln. manat – Avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması
- 2.7 mln. manat – “Covid-19” və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər
- 12 mln. manat – Bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması
- 0.6 mln. manat – Ehtiyac olmadan iş həcminin artırılması
- 1.4 mln. manat – Fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclər
- 0.5 mln. manat – Digər səmərəsiz istifadə halları
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilib.