22 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Ricat” market | Xətai rayonu, Naxımov küçəsi, ev 15 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | Əliyev Əli Müşviqoviçə məxsus market | Binəqədi rayonu, Xocəsən qəsəbəsi,
ev 123H |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Netto” market | Binəqədi rayonu, Xocəsən qəsəbəsi, ev 26 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
4 | “Göyçay” market | Sumqayıt şəhəri, H.Əliyev prospekti | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 | “Halal” market | Şamaxı rayonu, Muğanlı kəndi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
6 | “Muğam” market | Şamaxı rayonu, Muğanlı kəndi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 | “Nur” market | Şamaxı rayonu, Muğanlı kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
8 | “Ağdam” market | Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospekti | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 | “Daniel” market | Zaqatala rayonu, Əliabad qəsəbəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 | “Elgün” market | Qəbələ şəhəri, Z.Əliyeva küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına
dair çıxarışın olmaması |
11 | “Halal” market | Qəbələ şəhəri, A.Səhhət küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Kamaloğlu” market | Qəbələ şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
13
|
“Kristal” kafesi | Gəncə şəhəri, C.Cabbarlı küçəsi 13 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 | “Yeni Günəş” restoranı | Gəncə şəhəri, Z.Hacıyev küçəsi 109 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Alaturka” dönər evi | Gəncə şəhəri, H.Əliyev prospekti 143 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
16 | “Osmanbəy” dönər evi | Gəncə şəhəri, Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |