25 C
Baku
Thursday, June 19, 2025

16 yaşlı hindli, Nyutonun öhdəsindən gələ bilmədiyi məsələni həll etdi

Almaniyada əslən Hindistandan olan 16 yaşlı məktəbli Şouriyya Reyu 350 il ərzində bəşəriyyətin ən dahi zəkalarının öhdəsindən gələ bilmədiyi bir tapşırığı həll etdi. Söhbət hissəciklərin nəzəriyyəsi dinamikasından gedir. Bir zamanlar hətta məşhur fizik İsaak Nyuton belə bu məsələni həll etməkdə uğursuzluqla üzləşmişdi.

Şouriyya sadəcə öz bacarıq və qabiliyyətlərini daha yaxşı tanımaq üçün nəzəriyyələrdən baş çıxarmağa cəhd etmişdir. “Mənə sadəcə maraqlı gəldi. Mən heç güman da etmirdim ki, cavabı tapmaq iqtidarında olacağam” – gənc dahi söyləyir.

16 yaşlı hindlinin kəşfi alimlərə eyni zamanda bir neçə elmi məsələni həll etmək şansı verəcəkdir. Xüsusən də indi alimlər topun divardan düşməsinin dəqiq nəzəriyyəsini hesablaya biləcəklər.

Son xəbərlər
Digər xəbərlər