5 C
Baku
Friday, March 29, 2024

Daha bir Azərbaycan bankı kapital artımına gedir

14 yanvar 2019-cu il tarixində, TuranBank ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası bankın baş ofisində keçiriləcəkdir. İclasda bankın nizamnamə kapitalının artırılması və bununla əlaqədar digər tədbirlər haqqında müzakirələrin aparılması planlaşdırılır.

Bu barədə Banker.az-ın əldə etdiyi informasiyada deyilir.

“Bankın səhmdarları maliyyə imkanlarının artırılması və institusional inkişafa yönəldilən tədbirlərin təşkilini daim diqqət mərkəzində saxlayır. Son dövrlər, ölkə iqtisadiyyatında müşahidə olunan sabitlik TuranBankın da fəaliyyətində aktivliyin artması, kredit və qeyri-kredit məhsullarının satış göstəricilərinin yüksəlməsi, bankın bazardakı fəaliyyətinin daha da genişləndirməsi üçün zəmin yaradır. Bu məqsədlə, səhmdarların dəstəyilə nizamnamə kapitalının artırılması müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək prioritetlərini həyata keçirməyə təkan verəcək.- deyə açıqlamada bildirir.

Son xəbərlər
Digər xəbərlər