Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.
Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcəkdir.
Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin aşağıda təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.