Ukraynanın paytaxtı Kiyevdə 17 diplomatik nümayəndəlik fəaliyyətini bərpa edib.
Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirlik bildirib ki, paytaxtda fəaliyyətini bərpa edən səfirliklərin sayı hər gün artır. Artıq Aİ, Fransa, İtaliya, Latviya, Türkiyə, Vatikan və digər ölkələrin səfirlikləri fəaliyyətini paytaxtda davam etdirir.