2 C
Baku
Saturday, December 14, 2024

175 ildir işləyən batareya

Oxford universitetinin Klarendon laboratoriyasında artıq 175 ildir ki, fəaliyyət göstərən zəng mövcuddur ki, o yarandığı gündən işləyir və zəng çalmaqdadır. Bu zəngin üzərində hələ 1840-cı ildə quraşdırılmış yeganə batareya var. Universitet və digər ölkələrin alimləri bu batareyanı çıxarmaq və onun xüsusiyyətlərini araşdırmaq niyyətində olsalar da, ona zərər yetirməkdən çəkinirlər. Bu səbəbdən də onun enerjisinin bitəcəyi günü gözləyirlər.

“Oxford Electric Bell” kimi məşhur olan bu zəngin öz tarixi boyunca artıq 10 milyard dəfə çalındığı güman edilir. Bu zəngin batareyası 1800-cü illərin əvvəllərində Cüzeppe Zamboni tərəfindən ixtira edilib. Qeyd edək ki, zəngin özü Londonun Watkin and Hil manufakturası tərəfindən yaradılıb və üzərində “1840-cı ildə yaradılıb” qismində əl yazısına sahibdir.

Bu zəng “Dünyanın ən uzunmüddətli batareyası” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir.

Son xəbərlər
Digər xəbərlər