18 ildə 22 milyard dollar qazanan və demək olar ki, hər şeyini itirən Julian Robertson

Uğurlu sərmayəçi ömrü boyu uğurlu olmur. Lakin heç kim yüksəliş və enişləri ilə Julian Hart ilə müqayisə edilə bilməz. O, tarixin ən uğurlu “hedge” fondlardan birini yaradıb, çoxlu pul itirib və nəticədə başqalarının vəsaitilərini idarə etməkdən imtina edib. 

47 yaşında həyatımı dəyişdirməyə qərar verdim və fond açdım

Robertson zəngin ailədə doğulub. Onun ailəsi tekstil şirkətinə sahib idi. Uşaqlıqda və yeniyetmə olduğu dövrlərdə o, göydən ulduz dərməyə çalışmırdı: adi məktəblilərdən biri olan Robertson, ali təhsili Amerika standartlarına uyğun olaraq Şimali Karolina Universitetində alıb. 

Ali təhsili başa vurduqdan sonra Julian Robertson ABŞ-ın hərbi-dəniz donanmasında xidmət göstərməyə başlayır, geri qayıdandan sonra isə həyatını maliyyə bazarına bağlayır: Nyu-Yorka köçür və Kidder, Peabody & Co. investisiya şirkətində birja makleri olaraq işə başlayır. O, demək olar ki, 20 ilini orada keçirtdi və sonda aktivlərin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edildi. 

1979-cu ildə Robertson qeyri-adi addım atır: bütün ailəsini götürür və Yeni Zelandiyaya tətilə yollanır. 47 yaşında olan Julian həyatını yenidən nəzərdən keçirir və müstəqil şəkildə ticarət edəcəyinə dair qərar qəbul edir.

1980-cı ildə Julian Robertson dünyada ilk dəfə olaraq “hedge” fondunu yaradır – Tiger Management Corporation. Onun tərkibinə daxil olan fondlara sonradan pişik ailəsinin yırtıcı heyvanlarının adları verilirdi: Lion, Panther, Jaguar, Ocelot, Puma. 

Fondun aktivlərini 2 min dəfədən çox artırdım. Bu işdə mənə fenomenal instinkt və analitiklər komandası kömək oldu

Tiger-in ilkin kapitalı Robertsonun dostları və qohumlarından topladığı 8 milyon dollar təşkil edirdi. Lakin 1996-cı ilə qədər o, həmin məbləği inanılmaz 7,2 milyard dollara çevirdi. 1998-ci ildə isə Tiger Management artıq 22,8 milyard dollar dəyərində qiymətləndirilirdi. 

Robertson bunu necə bacardı? Birincisi, Julian istedadlı investor idi: onun tabeçiliyində olanlar deyirlər ki, o əvvəllər heç vaxt görmədiyi hesabatdakı rəqəmlərə baxıb nəyin doğru və nəyin səhv olduğunu müəyyən edə bilirdi. 

Bundan əlavə, Julian kotirovkaların hərəkətini mükəmməl şəkildə proqnozlaşdırırdı. Bunun sayəsində o, böhranlı 1987-ci ili mənfəətlə bitirə bildi. 1993-cü ildə isə Tiger-in gəlirliliyi uğurlu istiqraz əməliyyatları hesabına 80%-ə çatdı. 

Robertson istedadları görmək bacarığı ilə fərqlənirdi. O, Uoll-Stritdə ən yaxşı analitik komandaya sahib idi. Julianın dostu Aaron Stern bu komanda ilə birlikdə fondun investisiya üçün fürsət hesab etdiyi şirkətlər üzərində hərtərəfli təhlillər aparırdı. Əlbəttə, son qərar Robertson tərəfindən qəbul edilirdi. 

Julian davamlı olaraq işçilərindən yeni ideyalar tələb etsə də, heç kimi haqqında girmirdi: 1993-cü ildə rekord mənfəət əldə etdikdən sonra Robertson bu məbləğin 10%-ni (300 milyon dollar) işçilərə verdi. 

Şirkətlərin seçiminə çox ciddi yanaşma var idi. Analitiklər yalnız hesabatları öyrənməklə kifayətlənmirdilər: ticarət sərgilərində iştirak edirdilər, onlarla tematik jurnalları araşdırırdılar. Tiger komandasının üzvlərindən biri olan Ketrin Yaqubi, Avon kosmetika şirkəti haqqında məlumat toplayarkən bir müddət bu məhsulların distribyutoru olduğunu söyləyir. 

Qeyd edək ki, Tiger-ə qoyulan investisiya miqdarı həmişə çox olub: 125 milyon dollar uzun mövqelər və 50-70 milyon dollar qısa mövqelər üçün. 

Robertsonun avtoritar tərzi böyük itkilərə səbəb oldu

Analitiklər komandasına baxmayaraq, Robertson hər şeyə sərt şəkildə nəzarət etmək metodunun tərəfdarı idi  və Tiger-in portfelini özü idarə edirdi. Üstəlik, çox vaxt başqalarının fikirlərini qəbul etmək istəmirdi və əsəbiləşirdi. Avtoritar Julian yalnız özünə güvənirdi və nəticədə böyük səhvlərə yol vermiş oldu. 

Problemlər 1994-cü ildə başladı. Corc Sorosa bənzəmək istəyən Robertson səhmlərə investisiya qoymaq əvəzinə, valyuta və istiqraz ticarəti ilə məşğul olmağa başladı. 1994-cü ilin birinci rübündə Tiger dəyərinin 12%-ni itiridi və ilk dəfə olaraq investorın itkisi problemi ilə üzləşdi. 

Bundan sonra hər şeyə özü nəzarət edən Robertson, bu işə Morgan Stanley-in menecerlərini və daha bir analitik komandanı işə götürdü. Lakin yenə də o, səlahiyyətlərini heç kimlə bölüşmək istəmirdi və başqalarının fikirlərini qəbul etmirdi. Qısa zamanda investor bütün tərəfdaşları ilə münasibətini pozdu. 

1995-ci il həmçinin problemi oldu: mənfəət 17% təşkil etsə də, bu nəticə əsas indekslərin artımından xeyli aşağı idi. Ümumiyyətlə, 1994-1995-ci illərdə fonddan 800 milyon dollar vəsait çıxarılıb. 

1998-ci il Robertson üçün apokalipsis oldu və Tiger-in bağlanması ilə nəticələndi

İlk baxışdan elə görünür ki, bir neçə uğursuz il Tiger-in mövqeyini sarsıda bilməz – nəzərə alsaq ki, 1998-ci ildə şirkətin aktivləri 22,8 milyard dollar səviyyəsinə çatmışdır. Doğrudur, Robertsonun fondu hətta Corc Sorosun Quantum Group-nu belə geridə qoydu. 

Lakin  məhz həmin il hər şey Tiger-ə qarşı idi: yapon yenin məzənnəsi yüksəldi (Robertson isə bu valyutaya bahis etmişdir və nəticədə 2 milyard dollar itirmiş oldu), Rusiyada defolt elan edildi (fond daha 600 milyon dollar itirdi). 

Uğursuz müqavilələr Tiger-in tamamilə məhv olmasına səbəb oldu: Robertson əsasən “köhnə iqtisadiyyat” şirkətlərinə sərmayə qoyurdu və texnologiya sektorunun çökməsinə bahis edirdi. Qeyd edək ki, ən böyük itki 1999-cu ildə oldu (-19%), 2000-ci ilin birinci rübündə fond daha 12% itirdi. 

2000-ci il 1 aprel tarixində Robertson Tiger-in tərkibinə daxil olan altı fondu bağlamaq qərarını qəbul etdi. Julian “bazarı başa düşə bilmədiyini” və rəhbər tutduğu yanaşmanın effektsiz olduğunu etiraf etdi. 

“İllərdir Tiger ən yaxşı səhmləri almaq, ən pis səhmləri isə satmaq strategiyasına sadiq qalıb. Rasional bazarda bu strategiya yaxşı işləyir. Lakin gəlir və qiymət siçanın bir kliki ilə dəyişdiyi irrasional bazarda məntiq az rol oynayır”, – investor danışır. 

Bütün uğursuzlara baxmayaraq, Robertson hələ də bazarda var, lakin indi yalnız öz vəsaitlərini idarə edir. O, onlarla “hedge” fonda sərmayə qoyub. Mütəxəssislərin fikrincə, Julian yenə istedadlı investorlardan biri olaraq qalır: Fortune-nin verdiyi məlumata görə, təkcə 2007-ci ildə o 75,7% gəlir əldə edib. 

Julian keçmiş işçilərinə öz fondlarını yaratmağa kömək etdi: Blue Ridge (Con Qriffin), Maverick Capital (Li Eynsli), Viking Global (Andreas Halvorsen), Lone Pine Capital (Stiv Mandel). 

Qolf oyunun fanatı olan Julian Robertson Yeni Zelandiyadakı qolf-kurorta sərmayə qoydu. Hal-hazırda o, bir neçə üzüm bağına sahibdir, incəsənət əşyalarının toplanması və xeyriyyə ilə məşğuldur. Məsələn, Uorren Baffet və Bill Qeytsin təşəbbüsü ilə yaradılan “Bağışlama andı” na görə, Julian sərvətinin ən az 50%-ni xeyriyyəyə bağışlayacaq. 

Hazırda Julianın 88 yaşı var və eyni zamanda o, üç uşaqlı atadır. Forbes jurnalı onun mülkünü 4,4 milyard dollar dəyərində qiymətləndeirir ki, bu da dünyanın ən zəngin adamları sırasında 401-ci yerdir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları