17 C
Baku
Sunday, October 6, 2024

18 məktəb direktorunun əmək müqaviləsinə xitam verildi

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, idarə tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.

149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Son xəbərlər
Digər xəbərlər