18 min almaniyalı bank əməkdaşı işsiz qalacaq

0

“Deutsche Bank” radikal yenidənqurma elan edib.

Bankın verdiyi məlumata görə, 18 min nəfər işdən azal olunacaq. 2022-ci ilə qədər kredit təşkilatında təxminən 74 min işçi çalışacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az bildirir ki, bu xəbər bankın rəsmi saytında dərc edilib.

Xatırladaq ki, “Deutsche Bank” Almaniyanın ən böyük banklarından biridir.

Təşkilatın səhmlərin satışı və ticarəti biznesindən çıxacağı proqnozlaşdırılır. Qeyd edək ki, bu biznesdə “Deutsche Bank” 1,96 milyard avroluq paya sahibdir.

Bank nümayəndələrinin sözlərinə görə, yenidənqurma işləri 2022-ci ilə qədər davam edəcək. Transformasiyaya çəkilən xərclər təxminən 7,4 milyard avro təşkil edəcək.

Yenidənqurmanın birinci mərhələsində 18 min nəfərin işdən azad edilməsi planlaşdırılır. Bundan əlavə olaraq, “Deutsche Bank” arzuolunmaz aktivlərin aradan qaldırılması üzrə yeni bir bölüm yaratmaq niyyətində olduğunu bildirib.

“Deutsche Bank” ın dünyanın 70-dən çox ölkədə fəaliyyət göstərir. Yenidənqurmanın konkret olaraq hansı filiallara təsir göstərəcəyi məlum deyil.

“Deutsche Bank” və “Commerzbank”  ın mümkün birləşməsi haqda ötən ilin iyununda danışılıb. Hər iki bankda böhran müşahidə olunur və bu halda onların birləşməsi əməliyyat hesablaşmalarının azalmasına gətirib çıxara bilər.