12 C
Baku
Sunday, October 27, 2024

18 yaşlı hakker Mask və Qeytsin “Twitter” hesablarını “hack” etdiyi üçün həbs edildi

ABŞ-da 18 yaşlı hakker Ayven Klark 2020-ci ildə məşhur insanların “Twitter” hesablarına kütləvi hücum təşkil etdiyinə görə üç il həbs cəzası alacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Onun hücumuna həmçinin İlon Mask, Bill Qeyts və Uorren Baffetin hesabı məruz qalıb.

Klark hələ 17 yaşında ikən mühakimə edilib. Əgər Klark günahkar olduğunu etiraf etməsəydi, onu 10 il həbs cəzası gözləyirdi. Razılığa əsasən, hakker üç il həbs cəzasına məhkum ediləcək. Üç il keçdikdən sonra belə Klark hökumətin icazəsi olmadan kompüterdən istifadə edə bilməyəcək.

Xatırladaq ki, 15 iyul 2020-ci il tarixində dünyanın məşhur insanların “Twitter” hesablarında qəribə mesajlar görünməyə başladı. Məsələn, “Microsoft”un qurucusu Bill Qeyts qeyd etdiyi ünvana göndəriləcək bütün bitkoinləri iki dəfə artırmağı vəd edən “tvit” paylaşıb. Analoji paylaşım “Tesla” və “SpaceX”in rəhbəri İlon Maskın səhifəsində ortaya çıxıb. Fırıldaqçıların mesajını milyarderləri və məşhurları izləyən milyonlarla istifadəçi görüb.

Daha sonra bu mesajların arxasında hakkerlərin durduğu məlum olub. Onlar “Uber” və “Apple” şirkətlərinin, Co Bayden və Barak Obamanın, “Coinbase”, “Gemini”, “Kucoin”, “Bitfinex” və digər birjaların hesablarını “hack” ediblər. Ümumilikdə sosial şəbəkədə 50-dən çox hesab ələ keçirilib. Fırıldaqçılar cəmi bir neçə saat ərzində 40 min dollar dəyərində bitkoin qazanmağı bacarıblar.

Avqust ayında ABŞ-da 17 yaşlı gənc və onun 19 və 22 yaşlı iki ortağı kütləvi oğurluq təşkil etməkdə günahlandırılıb. İddia 30 maddədən ibarət olub. Xüsusilə, gənclər mütəşəkkil dələduzluq, fərdi məlumatlardan şəxsi məqsədlərlə istifadəsi və cihazlara icazəsiz olaraq giriş əldə etmək ittihamı ilə üzləşiblər.

Son xəbərlər
Digər xəbərlər