10 C
Baku
Monday, November 18, 2024

180 mln. manatdan çox investisiya yatırılan aqroparklarda məhsuldarlıq necə olub?

“Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) ərazisində yerləşən aqroparkında 4 nasos stansiyası və 105 pivot suvarma sistemi fəaliyyət göstərir ki, bu da ümumilikdə 7 078 hektardan çox ərazinin suvarılmasına imkan verir.

Bu il aqroparkda 613 hektarda arpa, 5 179 hektarda buğda, 1 039 hektarda şəkər çuğunduru, 147 hektarda erkən qarğıdalı və 72 hektarda isə soya əkilib. Hazırda aqroparkda arpa biçini aparılır və hər hektardan 8 tondan çox məhsul əldə edilir. Aqroparkın şəkər çuğunduru sahələrində də əvvəlki illərdə olduğu kimi, yüksək məhsuldarlıq – hər hektardan 70 ton və daha çox məhsul gözlənilir.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, MMC-nin Samux ərazisində yerləşən aqroparkında 60 000 tonluq silo kompleksi, 5000 m³ tutumlu anbar binası, su nasos stansiyası fəaliyyət göstərir. Hazırda aqroparkda 3 nasos stansiyası və 48 pivot suvarma sistemi quraşdırılıb və bu da ümumilikdə 2 992 hektardan çox ərazinin suvarılmasına imkan verir.

Cari ildə aqroparkda 221.7 hektarda arpa, 2 416 hektarında buğda, 295.6 hektarda yonca və 58.6 hektarda soya əkilib. Artıq biçilmiş 150 hektar sahənin hər hektarından 8.4 tondan çox arpa əldə olunub.

Qeyd edək ki, “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarına indiyədək 182.6 mln. manatdan çox investisiya yatırılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində şirkət Tovuz (Ceyrançöl) və Samux layihələri üzrə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2.88 mln. manata qənaət edib.

 

Son xəbərlər
Digər xəbərlər