25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda araşdırma: “İşsizlik və qiymətlər artacaq, amma vəziyyət yaxşılaşacaq”

Azərbaycan ailələri son bir ildə qiymətlərin artdığını, iqtisadi vəziyyətin pisləşdiyini hesab edirlər. Bu nəticələr «Business Insight» Beynəlxalq araşdırma qrupunun 2019-cu ildə Bakıda apardığı sorğularda ortaya çıxıb. Rəyi soruşulanların yarıdan çoxu ailəsinin maddi vəziyyətinin yaxşılaşacağına ümid etsə də, işsizliyin və qiymətlərin artaağını gözləyir.

Banker.az fed.az-a istinadən xəbər verir ki, corğuda itirak edən ailələrin 35,3%-i son 12 ayda maliyyə vəziyyətinin pisləşdiyini, 27% isə yaxşılaşdığını, 37,8% iqtisadi vəziyyətinin dəyişmədiyini bildirib. 2018-ci ildə keçirilən analoji sorğunun nəticələri ilə müqayisədə 2019-cu ildə iqtisadi vəziyyəti pisləşənlərin və yaxşılaşanların sayı artıb. Belə ki, 2018-ci ildə keçirilən sorğuda 30,6% iqtisadi vəziyyətinin pisləşdiyini, 25,7% vəziyyətin yaxşılaşdığını bildirmişdi.

Bununla yanaşı, 2018-ci ildə ailələrin cəmi 8,6%-i iqtisadi vəziyyətin çox piləşdiyini bildirsə də, 2019-cu ildə vəziyyəti çox pisləşən ailələrin sayı təqribən 2 dəfə artaraq 15,7% olub.

Sorğu göstərib ki, qarşıdakı 12 ayda ailəsinin maddi vəziyyətinin pisləşəcəyini gözləyənlərin sayı artıb. Sorğuda iştirak edənlərin yarıdan çoxu – 51,4%-i qarşıdakı 12 ayda iqtisadi vəziyyətin yaxşılaşacağını, 23,9%-i daha da pisləşəcəyini gözləyir, 24,7% hesab edir ki, vəziyyət olduğu kimi qalacaq. Lakin bu meyar üzrə istehlakçı inam indeksi normadan artıqdır, bu isə o deməkdir ki, ailələrin cari maliyyə vəziyyəti gələcək 12 ayda da ölkə üzrə mal və xidmətlərin alışına stimul verməkdə davam edəcək.

2018-ci ildə keçiriən sorğularla müqayisədə, vəziyyətin yaxşılaşacağını gözləyənlərin sayı azalıb, pisləşmə gözləyənlərin sayı artıb. Belə ki, ötənilki sorğuda əhalinin 54,5%-i vəziyyətin yaxşılaşacağını, 16,4% vəziyyətin pisləşəcəyini gözləyirdi.

Maraqlı nəticələr qiymətlərinə dəyişməsinə münasibətlə bağlı əldə edilib. Sorğuda iştirak edənlərin 3-də ikisi, 66,8%-i son 12 ayda ölkədə qiymətlərin artdığını (bundan 38,7% qiymətlərin çox artdığını), 23,1% qiymətlərin dəyişmədiyini, cəmi 10,2%-i qiymətlərin azaldığını bildirib. Ötən illə müqayisədə qiymətlərin artdığını bildirənlərin sayı cüzi azalıb (ötən il 69,6% idi), qiymətlərin azaldığını bildirənlər də ötən il daha çox idi (11,5%).

Sorğuda iştirak edənlərin 73,6%-i qarşıdakı bir ildə qiymətlərin artacağını gözləyir. Rəyi soruşulanların 20,1%-i qiymətləin dəyişməyəcəyini, cəmi 6,4% qiymətlərin azalacağını gözləyir. Qiyət artımı gözləynələrdən 25,6%-i qiymətlərin indikindən daha sürətlə artacağını, 20,7%-i eyni indiyədək olan səviyyədə artacağını, 27,3% isə qiymətlərin daha az artacağını hesab edir. Ötən il qiymət artımı gözləyənlərin sayı 64,1% idi.

Sorğunun nəticələri onu deməyə əsas verir ki, qiymətlərin tez-tez dəyişməsi əhalinin həyat səviyyəsinin nisbətən çətinləşəcəyinə inamını artırır və psixoloji faktor kimi, xərclərinin azaldılmasında maraqlı olduğnu göstərir. Həm regionlarda, həm də paytaxtda, rəyi soruşulanların əksəriyyəti qiymətlərin artacağını gözləyir.

Sorğuda iştirak edənlərin 46%-i qarşıdakı 1 ildə əksəriyyəti ölkədə işsizlərin artacağını, 40,4%-i işsizliyin azalacağını gözləyir. Ötən illə müqayisədə işsizliyin artacağını gözləyənlərin sayı artıb (ötən il 36,7% idi), işsizliyin azalacağını gözləyənlərin sayında isə azalma var (ötən il 45% idi).

Araşdırma ölkənin bütün coğrafi zonalarını əhatə etməklə, Bakı şəhəri də daxil olmaqla yaşı 20-70 arasında olan 1401 respondent arasında fevralın ilk yarısında keçirilib.

Sorğuda iştirak edənlərin təqribən y arısı 30-50 yaş arasında, 52%-i kişi, 48%-i qadın olub. Sorğu iştirakçılarının 19,3%-nin ailə başına aylıq gəliri 300 manat, 43,4%-nin gəlirləri 300-700 manat, 20,3%-i 700-1200 manat, 8,6%-i 1200 manatdan artıq olub.

Son xəbərlər
Digər xəbərlər