10 C
Baku
Friday, December 27, 2024

Milyarder obrazının ayrılmaz hissəsi –Yaxtalar

Əgər sənin dənizdə əsaslı dayaqların yoxdursa, demək sən milyarder deyilsən. Bu demək olar ki, zəngin insan obrazının ayrılmaz bir hissəsidir. Admiral furajkası, laklanmış göyərtə döşəməsi üzərində sürüşməmək üçün xüsusi altlıqlı başmaqlar, tufan olacağı təqdirdə geyinməyə tünd göy matros köynəyi və qoca dəniz canavarını xatırladan və sizin digərlərindən ən azı üç addım qabaqda olduğunuzu nəzərə çatdıran bütün bu təmtəraq.

Əsl milyarder məhz belə olmalıdır, hətta o suda il ərzində cəmi bir neçə gün olursa və San- Tropeza limanından kənara çıxmasa belə.Olduqca dar və məhdud olan bu milyarderlər əhatəsinə buraxılmamaq qorxusu altında mütləq göz qamaşdırıcı parıltıya malik, olduqca şıq görünüşlü və digərlərindən heç olmasa özünün “ən-ən … xüsusiyyəti ilə” fərqlənən bir yaxtaya sahib olmalıdır: məsələn ən uzun yaxta, ən ağır tonlu yaxta, ən bahalı yaxta, ən sürətli yaxta

Yaxtanın pul kisəsinin prestiji onun su basımının həcmi ilə müəyyən olunur, necə ki, kino ulduzlarının başlıca qiymət meyarı onların sinələrinin ölçüləri hesab olunur.

Onasis bütün həyatı boyu “Kristina” qayığının uzunluğunun onun bacanağının qayığından daha qısa olduğuna görə qəm çəkirmiş. Yaxta əzəmət, nüfuz və hörmət simvoludur. Onu satmaq özünün maliyyə cəhətdən dayanaqsız olduğunu etiraf etmək və sənin səhmlərinin Uoll-Stritt birjasında necə üzü aşağı getdiyini müşahidə etmək deməkdir. Kapitan haqqında əfsanə onun gəmisi ilə birlikdə sulara qərq olur. 1929-cu ildəki tənəzzül mahiyyət etibarı ilə dünyada ən böyük və tarix boyu qeydə alınmış ən dramatik dəniz döyüşü idi. Bunu hətta kapitalizmin Trafalqarı da adlandırmaq olar. Bir neçə gün ərzində Nyu-York limanında bütöv bir dəbdəbəli, füsunkar yaxta ordusu həlak olur.

Günlərlə balıq tutmaq istəyən uşaqların qarmaqlarına admiral furajkaları və başmaqları ilişir, bütün bu nüfuz göstəriciləri sadəcə suyun səthində dalğa vurduqca o tərəf bu tərəfə yırğalanırdı. Bu səhnəni poqonları sökülmüş generalın vəziyyəti ilə eyniləşdirmək olardı. İndi, bugünkü milyarderlər başa düşürlər ki, bu simvollar uğurun təminatı hesab olunan furajka və işlərdə müvəffəqiyyət əldə etmənin sübutu olan başmaqlar nə dərəcədə önəm kəsb edirlər. Indi onlar bu fərqlənmə nişanlarını göz bəbəyi kimi qoruyurlar.

Son məlumatlara əsasən ən böyük yaxta Səudiyyə kralı Fahda məxsusdur. Ən müasir radarlar sayəsində, bu qayıq incə səslə deyilmiş «Əbdül Əziz» kəlməsinə belə reaksiya verə bilir və dünyanın bütün birjaları ilə fasiləsiz əlaqə saxlamaq imkanına malikdir. Baxmayaraq ki, onun sahibi qətiyyən siqaret çəkmir (çünki bu dində qadağan, daha doğrusu haramdır), qayıq uzunluğu 159 metr olan ağ siqaret formasındadır. Amma zahiri görünüşdən o, su üzərində üzən “Min bir gecə” nağıllarındakı sakit sarayları xatırladır. Amma əslində onun silah-sursatı heç də hərbi gəmilərdən geri qalmır. Zərərsiz və məsum işıq aparatlarının arxasında torpeda və raketlər pusquda durur. Əmir əl-üməra -yəni “əmirlər əmiri” buradan ən qaynar birja kataklizmlərini izləyə və yapon maliyyə kamikadzelərinin hücumlarını dəf edə bilir.

yt

Ərəb əmiri ilə rəqabətdə çox uduzmamaq üçün, həm Starvos Niarxos, həm də İngiltərə kraliçası «Əbdül Əzimin» yan aldığı sulara lövbər salmaqdan imtina edirlər, onunla birgə üzməkdən yayınmağa çalışırlar. «Atlantisin» uzunluğu cəmi 113 metrdir, «Britaniya» isə 125 metrə çatsa da, amma o dərəcə də qədimsayağıdır ki, yalnız mühafizəkar ingilislər onu dağılmaqdan qoruya bilər.

Digər milyarderlərin gəmiləri isə bu yaxtalar ilə müqayisədə balıqçı qayığına oxşayırlar, hətta bu nəhəng su üzərində sarayların kölgəsində üzməyə belə layiq deyillər: cəmi 46 metr uzunluğa malik cılız «Xaylande-ra», düzdür onun sahibi Malkolm Forbs hava şarında səyahət etməyi daha üstün tutur və Kərim Ağa Xana məxsus olan 45 metr uzunluğa malik «Şərqara». Bu fındıq boyda qayıqlar haqqında heç danışmağa dəyməz. Hamıya məlum olduğu kimi, hər şeydə və hər yerdə birinci olan Ber-nara Taliyə gəldikdə isə, hətta o belə, bu rəqabətdə acizdir. Onun «Fokea» yaxtasının uzunluğu 77 metrə güclə çatır. Qəddar Marsel qeybətçiləri iddia edirlər ki, onsuzda Tali bu yaxtanı ancaq İf qəsrinin yaxınlığında lövbər salmaq üçün istifadə edir, hətta bunu da o, yalnız hava yaxşı olanda edir, sonra isə sanki düşmən üzərində zəfər çalmış cəngavər kimi geri qayıdır, yeganə fərq ondadır ki, onu futbol azarkeşləri, seçicilər və Marsel immiqrantları qarşılayır. Amma digər tərəfdən bu sadəcə qeybət etməyi sevən cənublu şayiə gəzdirənlərin zəngin təxəyyülünün məhsulundan başqa bir şey deyil.

Hətta həqiqət olsaydı belə burda pis heç nə yoxdur. Milyarderlərin əksəriyyəti özünü belə aparır və hamı bilir ki, onlar yaxtaları daha çox sahillərdə qalmağa hesablanıb, nəinki tufanlı, qasırğalı dənizlə mübarizə aparmağa. Sahibləri burada öz ailələrinin əhatəsində səssiz-səmirsiz nahar edir və çimərlikdən keçən minlərlə insanın heyranlıqla dolu baxışları məhz bu yaxtalara zillənir. Dənizə isə onlar heç də macəra axtarışında yola düşmür, sadəcə insanların bezikdirici marağından, hər şeyi bilmək həvəsindən uzaq olmaq, tənhalığa çəkilmək, özləri ilə tək qalmaq istəyirlər. Bester Kitonu buna misal gətirmək olar, o, özünün «Naviqator» yaxtasında okeanın duzlu sularında tərki həyat tərzi sürür, bütün günü dalğalar üzərində yırğalanır, boş dəhlizlərdə və kimsəsiz kayutlarda sanki atdığı addımları sayır və tənhalıqda özünün “qərib aləmindən” həzz alır.

gd

Digər tərəfdən yaxta qədər başqa heç bir əşya öz sahibinin xarakterini bu qədər dərinliklə aça bilməz. Sanki qayığın hər divarında milyarderin əksinə rast gəlmək olur. Bu onun balaca bir xoşbəxtlik guşəsi, kimsəsiz adasıdır, o burda özünün ən gizli fantaziyalarını belə gizlicə reallaşdıra bilir.

Yaxtaların müxtəlif növləri vardır: ötən əsrin abı-havasını yaşadan üzən ev formasında yaxtalar, quldur gəmilərini xatırladan yelkənli qayıqlar, çin conkaları (yelkənli gəmi növü) və Roma qaleraları (qədimdə çoxavarlı gəmi növü). Həmçinin də heç kəsin görmədiyi kabus-gəmi də vardır, onu hələ ki, heç kəs görməyib. Dənizdə də hər kəs öz təxəyyülünə azadlıq bəxş edir. Pyer Bode iddia edir ki, hətta “naməlum milyarderin yaxtası” da okean sularında üzür. Bu bir növ naməlum əsgərin Parisdəki qəbrinə bənzəyir. Bəziləri onu Bernar Tapinin adı ilə bağlayır, amma bu o qədər də ağlabatan deyil. Əgər naməlum yaxtanın sahibi o, olsaydı heç şübhəsiz ki, bunu reklam üçün istifadə edərdi.

Gəmin adının «Əl Riyad» olması insanı istər-istəməz belə düşünməyə vadar edir ki, gəminin sahibi müsəlmandır, bu isə ən azından Bernar Tapi variantını istisna edir. Amma gəminin adını ipucu kimi istifadə etmək böyük məharət tələb edir, bu işdə olduqca ehtiyatlı davranmaq lazımdır. Çünki elə bilər ki, adın belə seçimi məhz ovçuların diqqətini yayındırmaq məqsədi daşıya bilər. Axı Zəfər Tağının altında rahatlıq tapan mərhum əsgər Seneqallı və ya mərakeşli şəhid də ola bilər. Ona görə də naməlum milyarder yəhudi və ya burqundiyalı da ola bilər, hərçənd deyirlər ki, Burqundiyalıların dəniz xəstəliyindən əziyyət çəkdiyi söylənilir və onları gəmi sükanın arxasında təsəvvür etmək çətin məsələdir. Yenə də sona Bernar Tapi variantı qalır, o isə həmişə gözlənilməz fokusları ilə hər kəsi mat qoymağa qadirdir. Kim bilir, bu naməlum yaxtanın sahibi kimdir?

Son xəbərlər
Digər xəbərlər