21.6 C
Baku
Monday, October 7, 2024

187 bank işçisi ixtisar olundu

Hər kəsə məlumdur ki, artıq əksər banklarda və Bank olmayan kredit təşkilatlarında ciddi ixtisarlar gedir. Banker.az portalı olaraq sizə ən çox ixtisarlar edən banklar haqqında məlumat  verəcəyik.

Aşağıdakı cədvəldə Mart- Aprel ayları üzrə ən çox ixtisarlar edən bəzi banklar və BOKT-lar haqqında məlumat dərc olunub. Cədvəldən də göründüyü kimi  cəmi 4 bank Mart- İyun aylarında 187 işçini ixtisar edib.

fgdgd

Banklar niyə ixtisarlar edir?

Demək olar ki, bu gün bankların bəziləri zərərə işləyir. Bunun kökündə isə təbii ki, bankların gəlirlərinin azalması dayanıb. Bu səbəbdən də banklarda ixtisarların baş verməsi gözlənilən haldır.

Belə bir vəziyyətdə bir neçə banklar yeni filiallar açsa da, bəzi banklar filiallarını bağlamaq həddinə belə gəlib çatıblar. Həmin banklar üçün filialların saxlanması banka əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayacaqlar. Bu səbəbdən də, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edirlər.

Son xəbərlər
Digər xəbərlər