10 C
Baku
Wednesday, November 13, 2024

1872-ci ilin məktəb qanunları

1872-ci ilin məktəb qanunlara nəzər yetirsəniz, müasir dövrün cəzalarının nə qədər yüngül olduğunu anlayacaqsınız.

Biz sizə şagirdlərin etdikləri qanun pozuntularını və cəza olaraq aldıqları qamış zərbələrini təqdim edirik:

  • Oğlanlar və qızlar bir yerdə oynadıqlarına görə – 4 qamış zərbəsi
  • Məktəbdə dava etdiklərinə görə – 5 qamış zərbəsi
  • Məktəbdə mübahisə etdiklərinə görə – 5 qamış zərbəsi
  • Məktəbdə pul ilə oynanmış oyunlara və yaxud mərclərə görə – 4 qamış zərbəsi
  • Məktəbdə kart oyunlarına görə – 10 qamış zərbəsi
  • Ağaca üç fut hündürlükdən çox qalxmağa görə (hər futa görə) – 1 qamış zərbəsi
  • Yalan danışmağa görə – 7 qamış zərbəsi
  • Məktəb xaricində yalan danışmağa görə – 8 qamış zərbəsi
  • Bir-birilərini ləqəblə çağırdıqlarına görə – 3 qamış zərbəsi
  • Nalayiq sözlərin istifadəsinə görə – 8 qamış zərbəsi
  • Qızlara sataşmağa görə – 10 qamış zərbəsi
  • Məktəbdə spirtli içkilərin istifadəsinə görə – 8 qamış zərbəsi
  • Yelləncəklərin düzəldilməsi və onlarda yellənməyə görə – 7 qamış zərbəsi
  • Uzun dırnaqlara görə – 2 qamış zərbəsi
  • Yolda düzgün rəftarın olmamasına görə – 4 qamış zərbəsi
  • Qızların oynadıqları yerlərə getdikləri üçün – 3 qamış zərbəsi
  • Həmçinin qızlara oğlanların oynadıqları yerlərə gəldikləri üçün – 3 qamış zərbəsi
  • Başqasını yalançı adlandırmağa görə – 3 qamış zərbəsi
  • Məktəbə çirkli üzlə və yaxud çirkli əllərlə gəldiklərinə görə – 2 qamış zərbəsi
  • Məktəbdə savaşa görə – 4 qamış zərbəsi
  • Oyun zamanı başqalarının üstünə su tökməyə görə – 2 qamış zərbəsi
  • Dəyirmanın və körfəzin yaxınlığında oynadıqlarına görə – 6 qamış zərbəsi
  • Tövlənin və yaxud digər təhlükəli yerlərin yaxınlığında oynadıqlarına görə – 7 qamış zərbəsi.
Son xəbərlər
Digər xəbərlər