Qarşınızdakı 19 yaşlı yeniyetmə Alim İkbal-ın sahib olduğu möhtəşəm avtomobillərdən ibarət eksklüziv avtomobil parkıdır. Qeyd edək ki, o Böyük Britaniyada nəhəng turizm agentliyindən birinin sahibinin oğludur. 19 yaşlı gənc sahib olduğu avtomobilləri sosial şəbəkə hesabında paylaşdıqdan sonra qazandığı tək şey ona həsəd aparan külli sayda insan oldu. Bir neçə gün əvvəl isə bir neçə naməlum şəxs onun avtomobillərindən 4-nü yandırmışlar ki, bunlar sırasında 440 000 dollarlıq Lamborghini Aventador Roadster, iki AudiR8 Spyders və Bentley Flying Spur avtomobilləri var idi.