Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin veriləcəyi haqda məlumat yayıb.
Açıqlamada xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacağı bildirilib.
“Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur”, – məlumatda vurğulanıb.