1918-ci ilin depozit bankomatı

Hazırda küçələrdə hər addımbaşı bankomatlara rast gəlmək mümkündür. Bu yüksək texnoloji elektron qurğular nisbətən yaxın keçmişdə kəşf olunsalar da, biz onlara çox tez alışdıq.

Bina formasında düzəldilmiş bu maraqlı bankomatı elektron kassirlərin yaradılmasında ilkin addım kimi qiymətləndirmək olar.

Bu elektron qurğu müasir bankomatlardan təkcə xarici görünüşünə görə deyil, həm də iş prinsipinə görə fərqlənirdi. O, yalnız pulların daxil edilməsi üçün yaradılsa da , bu ona dövrünün innovativ proyekti olmasına mane olmadı.

Bu “qəribə maşınlar” ilk dəfə 1918-ci ildə Vaşinqtonun məktəblərində quraşdırılmağa başlanıldı. Bu zaman bələdiyyələrin əsas məqsədi qənaətcil tələbələrdə yığım vərdişlərini inkişaf etdirmək idi. Aparatın işləmə prinsipi çox sadə idi: depoziti daxil etmək üçün uyğun ölçüdəki dəliyə qəpiyi atmaq kifayət edirdi. Eyni ölçüyə, lakin müxtəlif nominal dəyərə malik olan qəpikləri bankomat çəkiyə görə müəyyən edirdi. Depozitə kağız banknotun daxil edilməsi üçün ilk iş olaraq onun nominalını qeyd etmək lazımdır.

Bankomat çek buraxmaqla depozitə vəsaitin daxil olduğunu təsdiq edirdi. Həmin çek vasitəsilə siz istənilən bankda nağd vəsaiti əldə edə bilərsiniz. Aparatın işinə nəzarəti onun yanında dayanan kontroller-kassir həyata keçirirdi. O, müxtəlif növ fırıldaqçılığın qarşısını alırdı, eləcə də müştərilərə “möcüzə-maşınla” necə işləmək lazım olduğunu başa salırıdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.