17 C
Baku
Monday, April 29, 2024

1929-1933-cü illərin “Böyük depressiya”-sı

ABŞ-da yaşanmış Böyük depressiya dünya iqtisadiyyatında geniş miqyaslı böhranın başlanğıcına çevrilir. Şimali Amerikada sarsıntıların ən kəskin dövrü 1929-1933-cü illəri əhatə edir. Böhranın başlanğıcı 29 oktyabr 1929-cu ilin “qara cümə axşamı” olur və bu zaman Nyu-York fond birjasında həyəcan başlayır.

Bu gündə kotirovkaların sürətlə enməsi müşahidə edilir ki, bu da investorların səhmlərdən canını qurtarmalarına səbəb olur. Yalnız bir gün ərzində itirilmiş emitent 9 milyard dollar həcmində idi və bu o dövrdə dövriyyədə olan pul kütləsinin həcmindən iki qat çox idi. Bundan sonra ABŞ-da Böyük depressiya başlanır.

1932-ci ilin ortalarında amerikan şirkətlərinin səhm sahibləri ümumilikdə 74 milyard dollar itirir. Nəticədə ölkənin milli gəliri iki qat azalır. 135 mindən çox maliyyə, sənaye və ticarət şirkətləri müflisləşir. Demək olar ki, bütün ictimai institutlar bu və ya digər dərəcədə iqtisadi tənəzzül yaşayır.

picket_1937

Təkcə Böyük depressiyanın ilk 3 ilində 5 mindən çox bank müflis olur. Böhranla üzləşmiş müəssisələrin depozitlərində təxminən 3 milyarddan çox vəsait var idi. Ölkə rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq bank sisteminin iflasından qaçmaq mümkün deyildi. Belə də oldu. 1933-cü ilin fevral ayında Detroit ştatının bütün maliyyə təşkilatları bağlanır, martda isə bütün ölkə üzrə bank tətili elan edilir.

Böyük depressiyanın yaratdığı ciddi problemdən biri də kütləvi işsizlik idi. 1933-cü ildə işsizlik sayı 16 milyon insana çatmışdı ki, bu da ölkə əhalisinin 17%-i demək idi. Ölkə rəhbərliyi işsizlərə yardım etmək üçün effektiv federal proqram təklif etmədiyindən işsizlik fiziki şəxslərin ianələrinə və xeyriyyə fondlarına ümid etməli olurdu. Nəticədə depressiyanın 3-cü ilində ABŞ-da aclıq hökm sürməyə başlayır.

1933-cü ildə ölkə prezidenti, respublikaçı Herbert Huver seçkilərdə demokrat Franklin Ruzveltə məğlub olur. Sosial çaxnaşmanın qarşısını almaq üçün yeni rəhbərlik iqtisadi dirçəlmə üçün xüsusi tədbirlər düşünməyə başlayır. Bu zaman bank sisteminin dirçəldilməsi, kənd təsərrüfatı və sənaye sahəsində real addımlar atılır.

Dollar 40% dəyərsizləşdirilsə də, bu onu sabitləşdirməyə imkan verdi. Bu zaman işsizliklə bağlı yeni federal proqram qəbul edilir. Bu proqram ilk olaraq müavinətlərin verilməsini, 1936-cı ildən etibarən isə işədüzəltməyə zəmanət verirdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər