Ötən il ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 216,16 milyon manat gəlir əldə edib.
Banker.az xəbər verir ki, bu barədə Nazirliyin 2018-ci il üzrə illik maliyyə hesabatında deyilir.
Gəlrinin 38,87 milyon manatı qeyri-birja əməliyyatlarından, 177,29 milyon manatı birja əməliyyatlarından əldə olunub.
Ötən il nazirliyin xərcləri isə 216,302 milyon manat təşkil edib. Xərclərinin 212,66 milyon manatı maliyyə yardımları və sair transferlər üzrə xərcləri, 2,725 milyon manat əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri, 649 min manatı sair əməliyyat xərcləri, 161 min manatı amortizasiya xərcləri və 109 min manatı isəsərf edilmiş material ehtiyatları üzrə xərcləri təşkil edib.
Bununla da Nazirliyin xərcləri gəlirlərindən 140 min manat çox olub.