29 C
Baku
Thursday, July 18, 2024

1993-cu ilin “Apple” telefonunu videoda göstəriblər

Avstraliyalı bloqçu öz YouTube kanalında 1993-cü ilin “Apple” telefonunun videosunu qoyub.

“Apple” şirkəti Wizzy Active Lifestyle Telephone (WALT) cihazını 1993-cü ildə Macworld Boston konfransında nümayiş etdirib.  Bu, şirkətin “BellSouth” ilə əməkdaşlığı nəticəsində yaradılmış ilk stolüstü telefon olmuşdur.

Ölçülərinə görə Wizzy Active Lifestyle Telephone cihazı planşetə bənzəyir. WALT telefonu Mac System 6 əməliyyat sistemi əsasında işləyir. O, sensorlu ekrana, faks funksiyasına, ünvan kitabçasına, zəng musiqilərinə və onlayn bank çıxışına malikdir. Bu aparatlardan biri 2012-ci ildə 8 min dollara satılmışdı.




Son xəbərlər
Digər xəbərlər