1 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın aparıcı bankları neft-qaz sektorunun kreditləşməsini dayandırırlar

ABŞ-ın aparıcı bankları antiinhisarçılıq qanunlarını pozaraq, karbohidrogen qiymətlərinin aşağı düşməsi və koronavirus pandemiyasının fəsadları səbəbindən çətin vəziyyətə düşən ölkənin neft və qaz şirkətlərinə kredit verməkdən imtina edirlər.

Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı günü “The Wall Street Journal” məlumat verib.

ABŞ-ın Avropa Birliyindəki nümayəndəsi və Boyden Gray & Associates şirkətinin rəhbəri Boyden Qrey bildirir ki, amerikan bankları faktiki olaraq ABŞ-ın neft-qaz sektoruna qarşı boykot edir.

Verilən məlumata görə, Amerikanın “Citibank”, “Goldman Sachs”, “JPMorgan Chase”, “Morgan Stanley” və “Wells Fargo” bankları Arktikadakı neft yataqları ilə əlaqəli layihələrin kreditləşməsini dayandıracaqlar.

Böyük banklar arasında yeganə istisna “Bank of America”dır. Dünyanın ən böyük investisiya fondu olan “BlackRock” bu ilin yanvar ayında kömür istifadəsindən əldə edilən gəlirlərin payı 25%-dan çox olan müəssisələrin işləri ilə məşğul olmayacağını elan edib.
Qreyin sözlərinə görə, bu cür gizli sövdələşmələr federal antiinhisarçılıq qanunlarını poza bilər.

Son xəbərlər
Digər xəbərlər