26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan ilə AYİB arasında Memorandum imzalanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və həmkarları ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında onlayn görüş keçirilib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, görüşdə bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri və nəzərdə tutulan yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, görüşdə Memorandum imzalanıb. Nazir bildirib ki, bu Memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkəmizdə özəl sektorun inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək

Son xəbərlər
Digər xəbərlər