30 C
Baku
Thursday, August 11, 2022

Azərbaycan İrlandiyaya şüşə ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC ilk dəfə olaraq İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İlkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib.
Banker.az Agentliyə istinadən xəbər verir ki, şirkət İrlandiya ilə yanaşı, bir sıra ölkələrə də məhsul ixrac edir.
Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Son xəbərlər
Oxşar xəbərlər