10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan xarici şirkət ilə kosmik sahə üzrə protokol imzaladı

Azərkosmos İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə Niyyət Protokolu imzalayıb.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Niyyət Protokoluna əsasən Azərkosmos “GTD Ingenieria de Sistemas” şirkəti ilə birgə ölkədə kosmik sahə üzrə analitika və həllər, peyk sistemlərinin inkişafı, təhsil proqramları çərçivəsində bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.

Sənəddə Azərbaycanda kosmik sahə ilə bağlı tədqiqat və inkişaf fəaliyyətlərinin dəstəklənməsi, həmçinin peyk sistemlərinin mühəndis həllərinə dair texnologiya transferinin təmin olunması məsələləri əksini tapıb.

İkitərəfli razılaşmada hazırda kosmik sahənin prioritet istiqamətlərindən biri olan Yer səthinin məsafədən müşahidəsi və geoməkan məlumatlarının idarə olunması sahəsində ən müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyət kəsb etdiyi də vurğulanıb.

Qeyd edək ki, “GTD Ingenieria de Sistemas” 30 ildən çox fəaliyyət göstərən yüksək texnologiya şirkətidir. Şirkət kosmos, aerokosmik və enerji sənayesində, o cümlədən elm və tədqiqat əsaslı layihələrdə, infrastruktur layihələrində mühəndis və texniki həllərin təmin olunması üzrə ixtisaslaşıb.

Son xəbərlər
Digər xəbərlər