10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bank müştərilərinin sayı açıqlandı – 892 mindən çox artıb

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin may ayına 8 milyon 247 min 555 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 355 min 128 nəfər olub. Belə ki, cari ilin may ayında bank müştərilərinin sayı 892 min 427 nəfər və yaxud 12% artıb.

Bank müştərilərindən 8 milyon 142 min 581 nəfər fiziki şəxslər, 104 min 974 nəfəri isə hüquqi şəxslərdir. Belə ki, aylıq müqayisədə fiziki şəxs müştərilərin sayı 182 min 827 şəxs artıb, hüquqi şəxs müştərilərin sayı isə 4 min 448 şəxs azalıb.

Ötən ilin may ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 1 milyon 854 min 457 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 5 min 840 azalıb.

Son xəbərlər
Digər xəbərlər