6 C
Baku
Sunday, December 15, 2024

“Bosch” $8 mlrd. dəyərində tarixinin ən böyük sövdələşməsini açıqladı

Almaniyanın “Robert Bosch GmbH” mühəndislik və texnologiya şirkəti İrlandiyanın “Johnson Controls International” və Yaponiyanın “Hitachi” şirkətlərindən istilik, ventilyasiya və kondisioner sistemlərinin istehsalı biznesini 8 milyard dollara satın alır.

Qeyd edək ki, “Bosch” şirkəti “Bosch”un bu sahədəki əməliyyatlarını, həmçinin İrlandiya şirkətinin “Hitachi” ilə kondisionerlər üzrə müştərək müəssisəsinin 100%-ni almağı planlaşdırır.

“Bosch” səhmdarları və şirkətin müşahidə şurası əməliyyatı təsdiqləyib. Tərəflər onu 12 ay ərzində bağlamağı gözləyirlər.

“Bosch” bildirir ki, satın alınan aktivlər 2023-cü ildə sahiblərinə təxminən 4 milyard avro gəlir gətirib.

“Johnson Controls” ayrıca mətbuata açıqlamasında müqavilədən 6.7 milyard dollar alacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər