Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mətbuatına müsahibə verib.
Banker.az xəbər verir ki, müsahibədə Zəngəzur dəhlizi üzrə danışıqlara toxunan V.Bayramov bu məsələ ilə bağlı hələlik yekun nəticənin olmadığını, Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini bildirib.
Nazir vurğulayıb ki, Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir və bu səbəbdən sözügedən layihənin (Zəngəzur dəhlizi) həyata keçirilməsi regionun digər ölkələri kimi Ermənistan üçün də önəmlidir.