10 C
Baku
Friday, November 15, 2024

Çin iqtisadiyyatında böyük çöküş

Çində pərakəndə satışlar aprel ayında keçən illə müqayisədə 11.1% azalıb, bu da 2020-ci ildən bəri ən böyük kiçilmə deməkdir. Sənaye istehsalında da 2020-ci ilin fevralından bəri ən kəskin azalma qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosunun məlumatında deyilir.

Çinin bir çox şəhərində, o cümlədən Şanxayda mart və aprel aylarında tam və ya qismən komendant saatı tətbiq edilib. İstehlakçılar və işçilər evlərə qapandıqca tədarük zəncirində çoxlu fasilələr yaranıb.

Qeyd edək ki, mart ayında pərakəndə satışlar 3.5% azalıb. Aprel ayı üçün satışların 6.1% azalacağı proqnozlaşdırılırdı.

Ölkədə karantin tədbirləri ilə əlaqədar olaraq, restoranların satışı 22.7%, avtomobil satışları isə 47.6 faiz azalıb. Digər tərəfdən, sənaye istehsalı aprel ayında iqtisadçıların 0.4%-lik artım proqnozlarının əksinə olaraq 2.9% azaldı, çünki qapanma tədbirləri tədarük zəncirini pozdu.

 

Son xəbərlər
Digər xəbərlər