“Citigroup” analitikləri qışda kotirovkaların vaxtaşırı olaraq 90 dollar / barelə çata biləcəyini qeyd edərək, dördüncü rüb üçün “Brent” markalı neftin proqnozunu 85 dollar / barelə qaldırıblar.
Banker.az xəbər verir ki, bankın verdiyi ssenaridə qazdan neftə keçid nəticəsində tələbat gündə 500 min barel artacaq. Ən yaxşı halda tələbatın gündə 1 milyon barel artması nəzərdə tutulur.
Qeyd edək ki, OPEC+ ittifaqı indiyədək planlaşdırılan istehsal artımına riayət etsə də, hasilatı bir ay və ya daha uzun müddətə 800 min barel artıra bilər.