7 C
Baku
Thursday, December 12, 2024

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilib

Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az bu barədə “Report” agentliyinə istinadən xəbər verir.

Sərəncama əsasən, Elşad Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub.

O, bu təyinatadək Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər
Digər xəbərlər