10 C
Baku
Wednesday, December 11, 2024

Ən çox varlı insanların olduğu ölkələr – Top 20-lik

Müstəqil konsaltinq şirkəti “Knight Frank” tərəfindən bu il açıqlanan hesabata görə, 2023-cü ildə dünyada ultravarlı insanların sayı 42% artaraq 626.6 min nəfərə çatıb. Şirkətin proqnozuna görə, 2028-ci ilin sonuna onların sayı daha 28.1% və ya 802,9 min nəfər artacaq.

Ultravarlıların əksəriyyəti Şimali Amerikada yaşayır: 253.1 min nəfər – bu, bir il əvvəlkindən 7.2% çoxdur. Asiya və Avropada əhəmiyyətli sayda supervarlı insanlar qeydə alınıb: 165.4 min və 155.2 min nəfər. Sonrakı yerlərdə Yaxın Şərq (18.8 min nəfər), Avstraliya (17.9 min nəfər), Cənubi Amerika (13.2 min nəfər) və Afrika (3 min nəfər) gəlir.

Qeyd edək ki, Belçika, Səudiyyə Ərəbistanı, BƏƏ və Rusiya hesabata daxil edilməyib.

Ən çox zəngin insanların olduğu ilk 5 ölkəyə Almaniya (29 min nəfər), Kanada (27.9 min nəfər) və Fransa (24.9 min nəfər) daxildir. Ümumilikdə, ilk 10 ölkə dünyanın super zəngin insanlarının 79.2%-ni, ilk 20 isə demək olar ki, 90%-ni təşkil edir.

1. ABŞ – 225.1

2. Çin – 98.6

3. Almaniya – 29.0

4. Kanada – 27.9

5. Fransa – 24.9

6. Böyük Britaniya – 23.1

7. Yaponiya – 21.7

8. İtaliya – 16.0

9. Avstraliya – 15.3

10. İsveçrə – 14.7

11. Hindistan 13.3

12. İspaniya – 10.1

13. Hollandiya – 8.4

14. Tayvan – 7.6

15. Cənubi Koreya – 7.3

16. Honkonq – 6.0

17. Sinqapur – 4.8

18. İsveç – 4.1

19. Yeni Zelandiya  – 2.6

20. Norveç – 2.3

Artıq ikinci ildir ki, planetin ən varlı adamı 233 milyard dollar sərvəti ilə fransız Bernard Arnodur. İkinci və üçüncü yerlərdə ABŞ-dən olan İlon Mask və Ceff Bezos qərarlaşıb. Onlar müvafiq olaraq 195 milyard dollar və 194 milyard dollar sərvətə sahibdir.

Son xəbərlər
Digər xəbərlər