15 C
Baku
Sunday, October 20, 2024

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 8 mln. xalis mənfəət edib

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) publik hüquqi şəxsi 2019-cu il üzrə xalis mənfəət açıqlayıb.

Banker.az xəbər verir ki, AERA-nın cəmi gəlirləri 11.72 mln. manat olub, bu da öncəki illə müqayisədə 41.5% artıb.

Agentliyin inzibati xərcləri 7.01 mln. manat, dəyərsizləşmə üzrə ehtiyat xərci 1.69 mln. manat təşkil edib. Dəyərsizləşmə üzrə ehtiyatlardan gəliri 5.16 mln. manat olub.

Nəticədə AERA-nın xalis mənfəəti 8.23 mln. manat olub. Öncəki ildə agentlik 988 min manat zərər etmişdi. Bu səbəbdən də agentliyin bölüşdürülməmiş mənfəəti 7.25 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər