Businness İnsider, sosial media nəhəngi olan “Facebook”un işçilərinə verdiyi maaşın miqdarını açıqlayıb.
Banker.az bu barədə “Haberler.com”a istinadən məlumat verir.
Businnes İnsiderin məlumatına görə “Facebook”un işçilərinə verdiyi maaş ən azı 110.000, ən yüksək isə 345 000 dollardır. Demək olar ki, hər kəs dünyanın ən dəyərli şirkətləri arasında göstərilən sosial şəbəkə platforması olan “Facebook”dan istifadə edir. Yarandığın gündən bəri istifadəçi sayı durmadan artan bu platformanın uğurun arxasında minlərlə bacarıqlı işçinin əməyi dayanır. Bəs dünyanın ən dəyərli şirkəti işçilərinə nə qədər maaş verir?
Aşağıda “Facebook” işçilərinin aldığı maaşların siyahısı verilmişdir:
- Mühəndis: $ 110.000 – $ 221.597
- Analiz şöbəsinin qrup rəhbəri: $ 155.000
- Məhsulun inkişaf etdiricisi: 105.000 $ – 199.355 $
- Frontend mühəndisi: $ 110,000 – $ 225,000
- Məhsul meneceri: $ 110,000 – $ 240,000
- Təhlükəsizlik mühəndisi: $ 115,000 – $ 215,000
- Elektrik mühəndisi: 125,000 – 205,000 $
- Optik alim: 140.000 $ – 180.359 $
- Hardware mühəndisi: $ 155.000 – $ 208.192
- Direktor: $ 284.200 – $ 345.221
- Network mühəndisi: $ 78.499 – $ 180.000
- Məzmun strateqisti: $ 115,000 – $ 180,000
- Məlumat alimi: 110.659 $ – 216.331 $
- Software mühəndisi: $ 110.000 – $ 280.000
- Data mühəndisi: $ 110.000 – $ 195.424
- Mühəndis meneceri: $ 171,000 – $ 280,000