Gürcüstanın azərbaycanlılar yaşayan daha bir kəndində koronavirus aşkarlanıb

Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində koronavirusa yoluxma halı qeydə alınıb.

Orta yaşlı qadının COVID-19-la bağlı testi pozitiv çıxıb.

O, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Hazırda epidemioloqlar Qaracalarda qadının yoluxma mənbəyi və təmasda olduğu şəxsləri müəyyən edir.

MənbəReport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər