10 C
Baku
Friday, December 13, 2024

Muğanbankın Sabirabad filialı yeni ünvanda, innovativ bir binada fəaliyyətini davam etdirəcək®

sabirabad2“Muğanbank”  ASC, müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təqdim etmək missiyasına, təqdim etdiyi məhsullara və eləcə də müştəri seqmentasiyasına uyğun olaraq, filial şəbəkəsini daim optimallaşdırır.  Bu prosesin bir hissəsi olaraq, bank Sabirabad şəhərindəki filialını yeni ünvana, daha modern bir binaya köçürmüşdür.  Filial bundan sonra Sabirabad ş., H.Əliyev pr. 47 ünvanında (Kür -Araz restoranının yanı) fəaliyyətini davam etdirərək, həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi hüquq və fiziki şəxslərə hesabların açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları,sənədli əməliyyatlar, təcili pul köçürmələri,Muğanbank çek və s. bank xidmətləri təklif edəcəkdir.  

Muğanbankın filial və şöbələri, təqdim etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumatı bankın 933 Çağrı Mərkəzinə zəng etməklə və ya bankın  www.muganbank.az rəsmi internet səhifəsindən, həmçinin sosial şəbəkə səhifələrindən əldə etmək olar.  

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər